AZpress.AZ-ın melumatına görə, Ankara Gazi Universitetində Xocalı soyqırımının 27-ci ildönümi ilə bağlı tədbir keçirilmişdir. Universitetin Rəsm kafedrasının təşəbbüsü ilə təşkil olunan tədbir “Qarabağda talan var, Xocalıda soyqırım” sərgisini təqdim etmişdir. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Gazi Universitetinin rrktoru İbrahim Uslan, sərginin təşəbbüskarı və təşkilatçısı prof. Alev Kuru Çakmakoğlu, Türk Cümhuriyyətlərinin diplomatik nümayindələri çıxış etmişdirlər. Sərginin məqsədi Qarabağda ermənilər tərəfindən məhv edilən abidələrimiz 50dən çox türk rəssamları tərəfindən işlənmiş və nümayiş edilmişdir. Qeyd edək ki, Sərgidə Azərbaycan tərəfindən xüsusi dəvət olunan Xalq rəssamı, ADMİUnun Dizayn və Dekorativ tətbiqi sənət kafedrasının müdiri Arif Əzizin “Mətin Cami” (Ağdam Cümə məscidi) əsəri təqdim olunmuşdur. 1878-ci ildə Kərbəçayi Səfixan Qarabağının yaratdığı bu məscid Ağdamın işğalı zamanı dağıntılara məruz galmışdır. Rəssam milli irsimizin bu unikal abidəsini alovlar içində, yalnız sınmamış, mərd təsvir etmişdir.